/ / Kəpəz Bələdiyyəsi qazilərə baş çəkib

Kəpəz Bələdiyyəsi qazilərə baş çəkib

536 Baxış



Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Kəpəz Rayon Bələdiyyəsi Vətən müharibəsinin qazilərinə baş çəkiblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda Vətən müharibəsinə yollanan və bu yolda qazi olan igidləri və şəhidlik zirvəsinə yüksələn qəhrəmanların ailələrini daim diqqətdə saxlamağı özlərinə borc bilən bələdiyyə üzvləri, ziyarət etdikləri qazilərin qayğıları ilə yaxından maraqlanıblar, lazımi dəstəyin göstərilməsi üçün hazır olduqlarını bildiriblər. 30 ilə yaxın işğal altında saxlanılan torpaqların azad olunmasını, canları bahasına təmin edən Vətən oğullarının, heç vaxt unudulmayacağını ifadə ediblər. Qeyd edək ki, mütəmadi olaraq şəhid və qazi ailələri ilə görüşən Kəpəz Bələdiyyəsi, hər bir ailəyə maddi və mənəvi yardım göstərir.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz