Kəpəz Bələdiyyəsinin üzvləri şəhid ailələrini ziyarət edib
Nurlana Abdullayeva
19-01-2021 13:14
510 Baxış
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Kəpəz Rayon Bələdiyyəsi vətən müharibəsində şəhid olan hərbiçilərin ailələrinə baş çəkiblər. Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanların ailələri ilə görüşən bələdiyyə üzvləri onların qayğıları ilə maraqlanıb, lazımı köməkliyin göstərilməsi üçün hazır olduqlarını bildiriblər.Şəhid ailələrinə baş çəkən Kəpəz Bələdiyyəsinin nümayəndələri hər bir ailəyə xüsusi hazırlanmış sovqat çatdırıblar.Qeyd edək ki, Kəpəz Bələdiyyəsi tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər daim diqqətdə saxlanılır.