/ / Ölməzlər - Gəncənin Vətən müharibəsindəki ən gənc şəhidi Elmir Nəcəfov

Ölməzlər - Gəncənin Vətən müharibəsindəki ən gənc şəhidi Elmir Nəcəfov

591 Baxış



Elmir Vidadi oğlu Nəcəfov 21 mart 2002-ci ildə Gəncə şəhərində doğulub.
Ümumi orta təhsilini 28 nömrəli tam orta məktəbdə alıb. 1 nömrəli Gəncə peşə liseyində təhsilini davam etdirib. Əsgərliyə getmədən öncə yaxınlarına "ürəyimə damıb ki, şəhid olacağam" deyən Elmir anasına da "şəhid olsam, ağlama, başını dik tut" deyib son görüşündə. Qardaşının sözlərinə görə, Elmir hər zaman Mübariz İbrahimov haqqında videolara baxıb deyirmiş ki, "gör, necə oğullar gedib bu dünyadan". Elmir hələ uşaq ikən "Canımı bu Vətənə verərəm" söyləyib. Videolarda əks olunan bu görüntülər bir daha göstərir ki, bu oğullar elə Vətən üçün doğulurlar. Elmir Nəcəfov 2 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Rspublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz