Ölməzlər - Şəhid Həsən Abdullayev
Nurlana Abdullayeva
12-01-2021 16:57
665 Baxış
Şiddətli döyüşlər gedən zaman Həsən Abdullayev döyüş yoldaşlarının nəşinin yanında 3 gün sağ qalır. Daha sonra xüsusi təyinatlı dəstənin üzvləri onun sağ olduğunu görür və Həsən onlara qoşulub yenidən döyüşlərə davam edir. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Həsənin anası oğlunun ölümündən 3 gün əvvəl onun fikriylə vəfat edir. Ana baladan, bala anadan xəbərsiz dünyadan köçür. Son nəfəsində dostuna "mənim hiss etdiyim ətri hiss etmirsən" deyən 26 yaşlı igidin həyat və döyüş yolundan ailəsi, dostları, döyüş yoldaşları "Ölməzlər"ə danışdılar.