/ / Gəncənin millət vəkilləri Kəpəz Futbol Komandasını ziyarət edib

Gəncənin millət vəkilləri Kəpəz Futbol Komandasını ziyarət edib

476 Baxış



Kəpəz Futbol Klubunun Azərbaycan Kubokunda, güclü Sabah komandasına qarşı oyunda qələbə qazanaraq mərhələ adlaması azarkeşlərinin böyük sevincinə səbəb olub. Əldə olunan vacib qələbə münasibəti ilə Milli Məclisin Gəncədən olan deputataları Naqif Həmzəyev və Müşfiq Cəfərov eləcə də Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov futbol klubunu ziyarət ediblər. Komandanın məşq prosesini izləyən rəsmilər, qələbə münasibəti ilə heyət üzvlərini təbrik edib, kollektivə qarşıdakı oyunda uğurlar arzulayıblar. Mühüm qələbənin Gəncə futbolunun gələcək uğurlarından xəbər verdiyini qeyd edən qonaqlar, növbəti oyunlarda da kollektivin öz azarkeşlərinə xoş sürprizlər edəcəyinə inandıqlarını vurğulayıblar. Ziyarətdən məmnunluq duyduqlarını dilə gətirən komandanın baş məşqçisi Yaşar Vahabzadə, bunun futbolçulara böyük motivasiya verəcəyini bildirib.
Millət vəkilləri komandanın Keşlə ilə qarşıdakı kubok matçını və I-ci Divizionun ikinci dövrəsində keçirəcəyi oyunları diqqətdə saxlayacaqlarını ifadə ediblər. Sonda, kollektivə mövsümü uğurlu nəticə ilə başa vurmağı arzu edən qonaqlar, futbolçularla xatirə şəkili çəkdiriblər.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz