/ / Gəncədə 2 Fevral Gənclər günü qeyd olunub

Gəncədə 2 Fevral Gənclər günü qeyd olunub

600 Baxış



Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi tədbirə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər ziyalıları, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər və tələbələr iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Daha sonra Vətən müharibəsində və ümumilikdə torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək, ölkədə həyata keçirilən gənclər siyasətindən bəhs edib. Ölkə başçısı tərəfindən gənclərlə bağlı dövlət proqramının qəbulu, gənclərə göstərilən ən yüksək diqqət və qayğının bariz nümunəsi kimi qeyd olunub. Tədbirdə gənclərin əl işlərindən ibarət sərgi də nümayiş etdirilib. 2021-ci ilin də, ölkə gəncləri üçün uğurlu olmasını arzu edən rəsmilər, fəal gənclərə fəxri fərman və hədiyyələr veriblər. Sonda 2021-ci ilin Nizami Gəncəvi ili elan olunması ilə bağlı, dahi şairin Xəmsəsini simvolizə edən 5 ədəd çinar ağacı əkilib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz