Cənnətdəki ilk ad günün mübarək Elnur Məmmədov!
ganjatv
17-09-2021 14:17
367 Baxış
Məmmədov Elnur İsrafil oğlu 1989-cu ildə, Daşkəsən rayonunda anadan olub. Uşaqlıqdan vətənə, torpağa bağlılıq hissi onda çox güclü idi. Buna görə də böyüdüyündə hərbiçi olmaq qərarına gəldi. 20% torpağımızın düşmən tapdağı altında qalması onu narahat edir və bir gün qisas gününün gələcəyinə ümid edirdi.
2 əkiz qız atası olan Elnur uşaqlarının gözlərindən öpüb, anasından halallıq alıb Vətənin keşiyinə yollandı. 2 oktyabr 2020 ci ildə Daşkəsən -Kəlbəcər rayon sərhədində qəhramanlıq göstərərək şəhadətə qovuşdu .
Yaşasaydı bugün 31 yaşı tamam olacaqdı.
Elnurun məzarını doğmaları ilə YAP Gəncə şəhər təşkilatının üzvüləri, millət vəkilləri ziyarət etdi.