/ / Bu gün şəhid Rəşad Məmmədovun doğum günüdür

Bu gün şəhid Rəşad Məmmədovun doğum günüdür

460 Baxış



Məmmədov Rəşad Fərəməz oğlu 4 sentyabr 1989-cu ildə Gəncə şəhərində anadan olub. Yaşasaydı bugün 32 yaşı tamam olacaqdı.
Şagirdlərinə tarix fənnini tədris edən Rəşad müəllimi vətənə olan sevgisi 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə yollanmağa vadar etdi. O, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğal altında olan torpaqlarımızın azadlığı uğrunda vuruşmuş, Xocavənd rayonunun Ağoğlan qəsəbəsi, Füzuli, Qubadlı və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
8 noyabr 2020-ci ildə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə Rəşad Məmmədov şəhidlik zirvəsinə ucalaraq özü bir tarix yazdı.
Şəhidin doğmaları, şagirdləri, döyüş yoldaşları ilə birgə YAP Gəncə şəhər təşkilatının üzvüləri də bugün şəhidin məzarını ziyarət etdilər. Şəhidin məzarı önünə tər qərənfillər, əklillər qoyuldu, ruhuna dualar oxundu.
Sonda döyüş yoldaşları Rəşad Məmmədov haqqında xatirələrini danışdılar.
Ölümündən sonra Məmmədov Rəşad Fərəməz oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” , “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz