/ / Gencesehidleri.az portalının təqdimatı keçirilib

Gencesehidleri.az portalının təqdimatı keçirilib

659 Baxış



Gəncə şəhər icra hakimiyyətində Gencesehidleri.az portalının təqdimatı keçirilib. Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə və Zəfəroğlu İnşaatın dəstəyi ilə ərsəyə gətirilən Gencesehidleri.az internet portalının əsas prinsipi Azərbaycanın şanlı tarixinə çevrilən 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olan Gəncə şəhidlərinin xatirəsini əbədləşdirmək və təbliğ etməkdir.
Portalda müxtəlif bölmələr yaradılıb ki, bu bölmələrə daxil olmaqla 1-ci və 2-ci Qarabağ müharibəsi, mülkü və digər şəhidlərindən ətraflı məlumat əldə etmək mümkündür. Portalda yaradılan tariximiz bölməsində isə Gəncənin tarixi ilə bağlı geniş məlumat yerləşdirilib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərə həsr olunan Gencesehidleri.az saytı respublikada bir ilkdir. Saytın təqdimatında iştirak edən Gəncə şəhər ictimayətinin nümayəndələri və rəsmi qonaqlar, görülən işi yüksək qiymətləndirərək, ərazi bütövlüyümüzün bərpası və torpaqlarımızın işğaldan azad edilməsini qanları,canları bahasına təmin edən şəhidlərin, qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılmasında portalın böyük tövhə olacağını ifadə ediblər.
Hazırda portalda, məlumatlar yalnız Azərbaycan dilində təqdim olunsa da gələcəkdə məlumatları rus və ingilis dillərində də əldə etmək mümkün olacaq.
Qeyd edək ki, sayıtda ümumilikdə 600-ə yaxın şəhidin məlumatı yerləşdirilib. Layihənin davamı olaraq gələcəkdə şəhid məzarlarının üzərinə QR kodları yerləşdirmək nəzərdə tutulur ki, buda xiyabanı ziyarətə gələnlərin öz telefonları ilə QR kodların üzərinə tutaraq, şəhid haqqında, yerindəcə ətraflı məlumat əldə etmək imkanı yaradacaq.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz