Vətən müharibəsinin daha bir şəhidi Gəncədə dəfn olundu
ganjatv
18-03-2021 22:53
419 Baxış
44 günlük Vətən müharibəsinin iştirakçısı Azərbaycan ordusunun hərbiçisi Vüsal Məmmədovun nəşi 130 gündən sonra doğma şəhərində torpağa tapşırılıb. Vüsal Məmmədov Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılaraq bir çox kənd və qəsəbənin eləcə də rayonların azad edilməsində iştirak edərək böyük şücayət göstərib. Vüsal Məmmədov noyabrın 8-i Xocavənd rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Gəncənin Şəhidlər Xiyabanında dəfn olunan qəhrəmanın vida mərasimində şəhər rəhbərliyi, millət vəkilləri, içtimaiyyət nümayəndələri və çoxsayda insan iştirak edib.