/ / Ölməzlər – Füzuli uğrunda döyüşlərdə şəhid olan Amal Əhmədov

Ölməzlər – Füzuli uğrunda döyüşlərdə şəhid olan Amal Əhmədov

739 Baxış



Əhmədov  Amal Rauf oğlu 3 may 1996-cı ildə Rusiyanın Tver şəhərində doğulub. 2002-2013-cü illərdə Gəncə şəhərində 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-cü ildə Gəncə Texniki Kollecinə daxil olub. 2014-cü ildə  təhsilini dayandıraraq hərbi xidmətə yollanıb. 10 yaşından atasını itirən Amal daha sonra ailənin bütün yükünü çiyinlərində daşıyıb.

Anası Mehriban Əhmədova deyir: “Başqa analar oğullarını çayxanadan çağıranda, mən onu məcbur edirdim ki, get dostlarınla vaxt keçir, gəzintiyə çıx. Amma Amal o qədər yorğun olurdu ki, özünə vaxt ayıra bilmirdi. Başını dizlərimə qoyub deyirdi ki, bura elə mənim istirahətimdir”. Sentyabrda Vətən müharibəsinə yollanan Amal Cəbrayılda, Füzulidə döyüşüb. 13 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Ölməzlər – Füzuli uğrunda döyüşlərdə şəhid olan Amal Əhmədov

Ölməzlər – Füzuli uğrunda döyüşlərdə şəhid olan Amal Əhmədov

Ölməzlər – Füzuli uğrunda döyüşlərdə şəhid olan Amal Əhmədov

Ölməzlər – Füzuli uğrunda döyüşlərdə şəhid olan Amal Əhmədov

Ölməzlər – Füzuli uğrunda döyüşlərdə şəhid olan Amal Əhmədov

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz