/ / Gəncədə Vətən müharibəsi şəhidlərinə həsr olunan rəsm sərgisi keçirilib

Gəncədə Vətən müharibəsi şəhidlərinə həsr olunan rəsm sərgisi keçirilib

704 Baxış



Gəncə şəhər Gənclər Evində gənc rəssam Sona Məhərrəmoanın əl işlərindən ibarət 44 günlük Vətən müharibəsinin şəhidlərinə həsr olunan rəsm sərgisi keçirilib. Gənc rəssamın vektor formatında zərdən istifadə etməklə 21 şəhidin portretlərini yaradması, torpaq uğrunda, vətən uğrunda canlarını fəda edən igidlərimizin xatirələrini əbədiləşdirmək məqsədi daşıyır. Açıq səma altında təşkil olunan sərgiyə şəhər ictimaiyyəti, millət vəkilləri və şəhid yaxınları qatılıb. Böyük maraqla qarşılanan sərgidə nümayiş etdirilən portiretlər hər bir şəhidin ailəsinə təqdim olunub.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz