/ / Cənnətdə ilk ad günün mübarək, ŞƏHİDİM

Cənnətdə ilk ad günün mübarək, ŞƏHİDİM

466 Baxış



Azərbaycanın bütövlüyü, azadlığı uğrunda 44 günlük vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri də İbrahimov Murad Valeh oğlu oldu.
Yaşasaydı bu gün 28 yaşı tamam olacaqdı. Vətənə olan sevgisi 28 yaşını doğmaları ilə deyil, cənnətdə keçirməyə vəsilə oldu.
Bu gün YAP Gəncə şəhər təşkilatının üzvləri şəhidin doğmaları ilə birlikdə İbrahimov Murad Valeh oğlunun məzarını ziyarət etdilər. Şəhidin məzarı önünə tər qərənfillər, əklil qoyuldu, ruhuna dualar oxundu.
Şəhid atası İbrahimov Valeh oğlu ilə qürur duyduğunu dilə gətirdi.
Sonda Gəncə şəhər Şəhidlər xiyabanının həyətində şəhid Murad Valeh oğlu üçün ehsan süfrəsi açıldı.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz