/ / Doğum günün mübarək Vətənin oğlu

Doğum günün mübarək Vətənin oğlu

495 Baxış



Bu gün 44 günlük Vətən müharibəsinin şəhid, giziri Elşən Dünyamalıyevin doğum günüdür. Onsuz keçən ilk doğum günü yaxınları tərəfindən məzarı başında qeyd olunub. Yaşasaydı bu gün 24-cü ad gününü öz doğmaları ilə qeyd edəcəkdi. Lakin Elşən Dünyamalıyev də digər şəhidlər kimi torpaqlarımızın azadlığını hər şeydən üsütün tutaraq bir hərbiçi kimi Vətən müharibəsi başlayan ilk gündən ön cəbhədə düşmən təxribatlarının qarşısını almaqda, ərazi bütövlüyümüzün bərpası uğrunda böyük hünər və şücayət nümayiş etdirib. Valideynləri eləcə də qohumları onun hələ uşaq yaşlarından vətəninə, torpağına bağlı olduğunu bildirirlər. Heç vaxt torpaqlarımızın işğalı ilə barışmayan Elşən Dünyamalıyev Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Şəhidin məzarı ziyarət olunduqdan sonra yaxınları tərəfindən Elşən Dünyamalıyevin adından Gəncə Körpələr Evində ehsan süfrəsi təşkil olunub.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz