YAP-ın təşkilatları “Hər qarışı Nizami Gəncəvidən söhbət açan Gəncə” adlı tədbir keçirib
ganjatv
08-02-2021 21:31
455 Baxış
Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi ilə bağlı Yeni Azərbaycan Partiyası Gəncə şəhər, Binəqədi və Nizami rayon təşkilatları “Hər qarışı Nizami Gəncəvidən söhbət açan Gəncə” adlı birgə onlayn tədbir keçiriblər. Tədbirdə dahi şairin yaradıcılığından bəhs edən natiqlər görkəmli mütəfəkkirin 880 illik yubleyi ilə əlaqədar görüləcək işlərə diqqət çəkiblər. YAP Gəncə şəhər təşkilatının sədri, Naqif Həmzəyev 2021-ci ilin “Nizami Gəncəvi İli” elan etməsi ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətinin və YAP Gəncə şəhər təşkilatının müvafiq fəaliyyət planlarından məlumat verib, dahi şairin yaradıcılığına həsr olunan bir sıra tədbirlərin keçirləcəyini vurğulayıb.Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov da dahi şairin 880 illik yubileyi ilə bağlı öz fikirlərini bölüşüb. Dünya şöhrətli mütəfəkkirin, ümumbəşər şəxsiyyət olduğunu qeyd edən millət vəkili onun dünya ədəbiyyatına bəxş etdiyi söz xəzinəsinə diqqət çəkib. Nizami Gəncəvinin dövrünün ən görkəmli şairlərindən olsada, çoxsaylı təkliflərə baxmayaraq o ömrünün sonuna qədər Azərbaycanın mədəniyyət mərkəzlərindən olan qədim Gəncədə yaşayıb yaradıb. Bu fikirləri isə tədbirə qatılan YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin üzvü Sədaqət Vəliyeva səsləndirib.Tədbirdə həmçinin AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, gənc alim Elnur Həsənov, Təranə Vəliyeva, Azad Bayramov,Əlimuxtar Muxtarov və başqaları çıxış edərək, Nizami Gəncəvinin qədim Gəncə şəhərindən başlayan və bütün dünyaya səs salan həyat hekayəsi və yaradıcılığı haqqında geniş məlumat veriblər. Tədbirin sonunda Gəncə şəhəri, Nizami və Binəqədi rayonundan olan şagirdlər Nizami Gəncəvi yaradıcılığından qəzəllər səsləndirdilər.