/ / Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu

Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu

518 Baxış



Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu
Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri bu gün Kəlbəcər rayonuna daxil olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bölmələrimizin həmin istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb. Hazırda qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.


Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə iki istiqamətdə daxil olub
Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə iki istiqamətdə daxil olub. Bu haqda Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı məlumat verib. O qeyd edib ki, bu, Göygöl rayonunun Toğanalı kəndi və Daşkəsən istiqamətləridir: “Hazırda bölmələrimizin hərəkəti davam edir və bölmələrimiz müəyyən olunmuş marşrutlar üzrə həmin məntəqələrə çıxacaq. Azərbaycan Ordusu Kəlbəcəri tam nəzarətə götürəcək”.
Vaqif Dərgahlı əlavə edib ki, noyabrın 25-i gecə saatlarından mühəndis işləri görülüb. Ərazilər, yollar, çətin keçilən dağlıq yollar minalardan təmizlənib. Döyüş, avtomobil texnikalarının və şəxsi heyətin Kəlbəcər istiqamətinə keçidi üçün hər cür rahat şərait yaradılıb.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz