/ / Cənnətdəki ilk ad günün mübarək Rəşad Ələkbərov!

Cənnətdəki ilk ad günün mübarək Rəşad Ələkbərov!

578 Baxış



Ələkbərov Rəşad İlqar oğlu 1997-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Yaşasaydı bugün 24 yaşı tamam olacaqdi.

Rəşad öz həmyaşıdları içində təlim-tərbiyəsi,vətənə olan sevgisi ilə seçilirdi. Bu sevgi vətən müharibəsi başlayan zaman Rəşadı cəbhəyə yollanmağa vadar etdi. O,Füzuli, Hadrut, Daşaltı və Şuşanın işğaldan azad olunmasında iştirak edib. Şuşa işğaldan azad olduqdan sonra ordumuzun Şuşa-Laçın istiqamətində irəliləyişi zamanı noyabrın 9-da şəhid olub. Vətənə sevgini ona aşılayan anası Nailə Ələkbərova özüdə Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub,Qarabağ müharibəsi veteranıdır.

Bugün Rəşadın məzarını doğmaları ilə birgə YAP Gəncə şəhər təşkilatının üzvüləri, millət vəkilləri ziyarət etdi. Şəhidin məzarı önünə əklillər,tər qərənfillər düzüldü.

Cənnətdəki ilk ad günün mübarək Rəşad Ələkbərov!

Cənnətdəki ilk ad günün mübarək Rəşad Ələkbərov!

Cənnətdəki ilk ad günün mübarək Rəşad Ələkbərov!

Cənnətdəki ilk ad günün mübarək Rəşad Ələkbərov!

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz