/ / 48 qəlpə yarası alan və bir qismini indi də bədənində gəzdirən qazimiz

48 qəlpə yarası alan və bir qismini indi də bədənində gəzdirən qazimiz

630 Baxış



Azərbaycanda qismən səfərbərlik elan edildikdən sonra da, ondan əvvəl də igid oğullarımız torpaq həsrətinə son qoymaq üçün canla-başla cəbhəyə yollanırdılar. Bu gün sizə təqdim edəcəyimiz qazi Turqut Ələkbərov da qismən səfərbərlik elan olduqdan sonra Vətən Müharibəsinin iştirakçılarından birinə çevrilir. Döyüşlərin davam etdiyi bir zamanda Füzulidə müdafiə mövqeyində olan Turqut və əsgər yoldaşları 15 gün su kanalında qalmalı olurlar. Ümumilikdə isə qazimiz Murov, Hadrut və Füzulidə döyüş yolu keçib.

Müharibənin öz qanunları, öz ab-havası var. Taktikalar müəyyən edirsən, müdafiə olunursan, hücuma keçirsən, bir sözlə, döyüşü iliklərinə qədər hiss edirsən. Qazimiz də bu odlu-alovlu mühitdə üzərinə düşən bütün vəzifələri yerinə etirib.

Düşmənin atəş zərbəsi nəticəsində yaralanan, əsgər yoldaşları yanında şəhid olan Turqut çətinliklə də olsa, ərazidən çıxır və xilas olur. Qazimizin bədənində qəlpələrin sayı-hesabı yoxdur. Ancaq təbii ki, böyük zəfərimiz bizə qızıl sinidə verilmədi, ordumuzunun yenilməz ruhu, döyüş hazırlığı və vətən sevgisi sayəsində əldə olundu.

30 ilə yaxın doğma torpağının qoxusunu duymaq, üzərində hərəkət etmək üçün xəyallar quran insanların arzularını yerinə yetirən ordumuzun hər bir fərdinə eşq olsun.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz