/ / Ordumuz Laçın rayonuna daxil oldu

Ordumuz Laçın rayonuna daxil oldu

525 Baxış



Ordumuz Laçın rayonuna daxil oldu
Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri bu gün Laçın rayonuna daxil olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb və Laçının işğaldan azad olunması ilə bağlı Ali Baş Komandana məruzə edilib.


Rusiyanın “Dojd” telekanalı Füzuli şəhəri ilə bağlı reportaj yayımlayıb
Rusiyanın “Dojd” telekanalı “Burada və indi” layihəsi çərçivəsində Ermənistan işğalından azad edilmiş Füzuli şəhəri ilə bağlı reportaj yayımlayıb. Reportajda jurnalist Vladimir Romenski bildirir ki, ətrafda tutqun mənzərə hökm sürür: erməni hərbçilərinin atdığı hərbi sursatlar, hər yerdə dağıdılmış binalar, vurulmuş hərbi texnika...Videoda Hacı Ələkbər məscidinin kadrları da yer alıb. Hazırda bu məscidin yalnız bir divarı qalıb. Ardınca qəbiristanlıq görüntüləri nümayiş etdirilib. Jurnalist buradakı məzarüstü abidələrin dağıdıldığını da diqqətə çatdırıb.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz