/ / Yeni "Cadillac" təqdim olundu - TEXNOLİNE

Yeni "Cadillac" təqdim olundu - TEXNOLİNE

491 Baxış



Hyundai ilə Apple-ın birgə elektromobil "sevdası" alınmadı

Hyundai-ın Apple ilə gözlənilən əməkdaşlığı ola bilər ki, baş tutmasın. Şirkətin Kia-ya üstünlük verəcəyi bildirilir.
Reuters-in məlumatına görə, elektromobil istehsalı üçün Hyundai Apple-ın düşündüyü tək şirkət deyil. Sadəcə onun şansı digərləri ilə müqayisədə daha çox hesab edilib.
Məlumata görə, Hyundai Apple-ın elektrikli avtomobil layihəsində ortaq olmaqdan ehtiyat edir. Deyilənə görə, hətta şirkətlər arasında qarşıdurmadan qaçmaq üçün yüksək statuslu rəhbərlər belə, dəyişilə bilər. Digər iddialara görə, Apple elektrikli avtomobilini Kia ilə ortaq şəkildə istehsal edə bilər. Avtomobilin şassisi, güc aqreqatı və digər komponentlərinin başqa şirkətlərdən tədarük ediləcəyi deyilir.

Meymunlar videooyunlar oynamağı öyrənir - İlon Mask açıqladı

İlon Maskın Neuralink adlı startapı müvəffəqiyyətlə meymunun beyninə neyroimplant yerləşdirib və bundan sonra təcrübə heyvanı kompüter oyunları oynamağı bacarıb. Bu barədə milyarderin özü Bloomberg-ə məlumat verib.
Neuralink layihəsi beynində kiçik telləri olan simsiz implant daşıyan meymun üzərində sınaqdan keçirilir. O artıq ağlı sayəsində videooyun da oynaya bilir. İ.Mask qeyd edib ki, heyvan özünü əla və xoşbəxt hiss edir. Milyarder təxminən bir ay sonra primatların necə videooyunlar oynadığına dair video yayacağına söz verib.

Azərbaycanda ən populyar sosial şəbəkənin adı məlum oldu
Sosial şəbəkələrin qlobal və Azərbaycan üzrə bazar payı açıqlanıb. “Global Stats” analitik şirkətinin məlumatına görə, bu ilin yanvar ayında Azərbaycanda ən aktiv istifadəçisi olan sosial şəbəkə Tvitter seçilib. Sözügedən şəbəkənin ölkəmiz üzrə bazar payı 25.17%-dir. İkinci sırada 20.27% bazar payı ilə Feysbuk qərarlaşıb. İnstaqram sosial şəbəkəsi 20.1% bazar payı ilə üçüncü yerdə qərarlaşıb. Onun ardınca isə müvafiq olaraq, 19.3%, 13.92%, 0.45%-lə YouTube, Pinterest və VKontakte gəlir.

Yeni Cadillac təqdim olundu
Cadillac-ın fevralın 1-də təqdim etməyə hazırlaşdığı yeni yüksək performanslı sedan ailəsi üzvlərinin bütün dizayn detallarını açıqlayan video yayımlanıb.
Bir dəqiqəlik videoda Cadillac CT4-V Blackwing 2022 və CT5-V Blackwing-in önə çıxan özəllikləri yer alır. Ən güclü Cadillac olduğu deyilən CT5-V Blackwing, Chevrolet Camaro ZL1-in LT4 V8-i ilə demək olar ki, eynilik təşkil edən 6.2 litrlik super doldurulmuş V8 mühərriki ilə satışa çıxarılacaq. Bu avtomobil 640 at gücünə sahib ən güclü Cadillac olacaq.
Nisbətən kiçik olan CT4-V Blackwing, ATS-V-yə güc verən LF4 mühərrikinin təkmilləşdirilmiş versiyası olan cüt turbo 3.6-litrlik V6-dan istifadə edəcək və 464 at gücünə sahib olacaq.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz