/ / LORA, Polonez, Bayraktar və Harop: ermənilərin qorxulu yuxusu...

LORA, Polonez, Bayraktar və Harop: ermənilərin qorxulu yuxusu...

720 Baxış



LORA, Polonez, Bayraktar və Harop: ermənilərin qorxulu yuxusu...
3 milyon əhalisi, 40 min ordusu, 3 milyard dövlət büdcəsi, 600 milyon dollara yaxın hərbi büdcəsi, cəmi 2 milyard ehtiyat vəsaiti olan Ermənistanın 10 milyondan çox əhalisi, 100 min ordusu, 16 milyard büdcəsi, 3 milyarda yaxın hərbi büdcəsi və 60 milyarda yaxın ehtiyat vəsaiti olan və illərdir ən müasir silahların alınmasına on milyardlarla pul xərcləyən Azərbaycan qarşısında heç bir şansı yoxdur.Lakin buna baxmayaraq, Ermənistan havadarlarının dəstəyi və sifarişi ilə qarşıdurmanı davam etdirir. Xüsusilə, düşmən ölkənin qorxulu yuxusu olan LORA raket kompleksi, Polonezlər və PUA-lar ordumuzun nəyə qadir olduğunu bir daha sübut edir. Hazırki döyüşlərdə PUA-lardan aktiv şəkildə istifadə olunur. Bəs adı belə erməniləri qorxudan LORA, Polonezlər, eyni zamanda PUA-lar haqda nə bilirik? POLONEZ 300 mm kalibrli Belarus istehsalı olan reaktiv yaylım atəş sistemidir. “Polonez”in istehsalına 2014-cü ildə başlanıb. Bir maşın üzərində döyüşə hazır 8 raket yerləşir. Maksimal məsafədə koordinatdan yayınma 30 metrdən çox deyil. Raketin atış məsafəsi 280 km-dir. 8 dəqiqə ərzində atışa hazır vəziyyətə gətirilərək, 50 saniyə ərzində 8 fərqli hədəfə zərbə endirmə gücünə sahibdir. Düşmənin açıq sahədə, sığınacaqlarda, zirehli və zirehsiz texnika, artilleriya, raket sistemləri və hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub. LORA İsrail tərəfindən istehsal olunmuş kvaziballistik raketdir. Maksimum atış məsafəsi 400 km olan bu raketin hədəfi məhv etmə dəqiqliyi 10 metrə bərabərdir. LORA həm gəmidən, həm də qurudan atəş açmaq qabiliyyətinə sahibdir. LORA yalnız istehsalıçı ölkə olan İsraildə və Azərbaycan ordusunun arsenalında mövcuddur.PUA və zərbə dronların da əhəmiyyəti böyükdür. Türkiyə istehsalı olan “Bayraktar” PUA-ları Azərbaycan, Ukrayna və Qətərin hərbi arsenalında mövcuddur. Dünya üzrə 2014-cü ildən istifade edilməyə başlayan PUA-lar hazırda Azərbaycan ordusunun istifadə etdiyi aktiv texnikalardan birincisidir.Harop zərbə dronu isə İsrail istehsalıdır. O, kamikadze dron olduğu üçün hədəfi də, özünü də məhv edir. 185 km.saat sürətlə hərəkət edən Harop 1000 km uçuş məsafəsinə sahibdir və üzərinə quraşdırılmış kamera vasitəsilə uzaqdan idarə olunur. Bu silah aprel, iyul döyüşlərdə və hazırki əməliyyatlarda öz gücünü göstərib.Azərbaycan tərəfi Ermənistana dəfələrlə bildirmişdi, hətta aktiv döyüş əməliyyatlarının davam etdiyi indiki zamanda da bildirir ki, silahı yerə qoyub, təslim olsun, işğal altında olan torpaqlarımızdan çıxsın və sülh masasına otursun. Bu hazırda çətin vəziyyətdə olan Ermənistan üçün ən perspektivli yoldur. Bu onlar üçün şansdır, bizim ordumuzsa uğurla irəliləyir.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz