/ / Gəncədə səhiyyə işçiləri koronavirus əleyhinə peyvənd olunub

Gəncədə səhiyyə işçiləri koronavirus əleyhinə peyvənd olunub

483 Baxış



Covid-19 pandemiyası ilə mübarizədə tətbiq olunan vaksinasiyaya ölkəmizdə də start verilib. İlk olarq risk qrupuna daxil olan tibb işçiləri peyvənd olunub. Prosesə Gəncədə də başlanılıb. Bu məqsədlə Gəncəyə Çin istehsalı olan 300 doza Sinovac vaksini gətirilib. Şəhərin 6 tibb ocağında həyata keçirilən vaksinasiya üçün xüsusi otaqlar hazırlanıb. Hər bir şəxs peyvənddən öncə həkim yoxlanışından keçirilir və sağlamlığı imkan verənlərə peyvənd vurulur.
Peyvəndlərin vurulması iki mərhələdə həyata keçirilir. İlk vaksindən 21 gün sonra 2-ci peyvənd vurulur və bununlada proses başa çatmış hesab olunur. Bu müddət ərzində peyvənd olunan vətəndaş nəzarətdəsaxlanılır.
Qeyd edək ki, risk qrupuna daxil olan vətəndaşların vaksinasiyası yekunlaşdıqdan sonra digər şəxslər də könüllü şəkildə peyvənd etdirə bilər.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz