/ / Gəncənin küçə işıqlandırması yerli istehsal hesabına həyata keçirilir

Gəncənin küçə işıqlandırması yerli istehsal hesabına həyata keçirilir

693 Baxış


Gəncənin küçə işıqlandırması yerli istehsal hesabına həyata keçirilir.
Artıq bir neçə müddətdir ki, Gəncənin küçə və prospektləri Cihazqayırma zavodunda istehsal olunan müasir sistemlər vasitəsi ilə aydınlandırılır. Əvvəllər bu işlər, əsasən Türkiyə və Rusiyadan alınan işıqlandırma sistemləri hesabına aparılırdısa, artıq keyfiyyət və qiymət baxımından daha sərfəli olan yerli istehsal olan lampalarla həyata keçirilir. Son illər şəhərin demək olar ki, əksər küçələrində sovet dönəmindən qalan yararsız işıqlandırma sistemləri müasir dirəklərlə əvəz olunub. İlin sonuna kimi Gəncənin daha 20 küçəsində müasir işıqlandırma sisteminin quraşdırılması nəzərdə tutulur. Son olaraq isə şəhərin Göygöl rayonu istiqamətindən girişi və kimyaçılar küçəsinin işıqlandırması başa çatdırılaraq istifadəyə verilib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz