/ / Ərdoğan bu gün Azərbaycana səfər edəcək

Ərdoğan bu gün Azərbaycana səfər edəcək

468 Baxış



Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağdakı şanlı qələbədən sonra ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Prezident Ərdoğanın Bakı səfəri 2 gün davam edəcək. Görüşdə həm iki ölkə arasındakı münasibətlər, həm də Qarabağdakı son vəziyyət müzakirə olunacaq. Ərdoğan-Əliyev görüşü zamanı atəşkəs prosesi ətraflı qiymətləndiriləcək.

Kəlbəcərdə komendant rejimi elan edildi, postlar quruldu
Noyabr ayının 25-də işğaldan azad edilən Kəlbəcər rayonunda Ali Baş Komandanın fərmanına uyğun olaraq komendant rejimi elan edilib və Daxili İşlər Nazirinin əmri ilə Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haxverdi Əkbərov rayonun komendantı təyin olunub. RPŞ-nin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları rayonun giriş-çıxışlarında, o cümlədən rayon daxilində polis postları quraraq komendant rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edirlər.

Çin şirkəti peyvənd istehsalını ikiqat artıracaq
Çinin “Sinovac Biotech” şirkəti “COVID-19”a qarşı peyvənd istehsalı gücünü ikiqat artırmaq üçün yerli mənbələrdən 515 milyon ABŞ dolları həcmində vəsait təmin edib. Şirkətin hazırkı illik 300 milyon doza peyvənd istehsalı gücü 600 milyon dozaya çatdırılacaq. Qeyd edək ki, “Sinovac Biotech” şirkətinin “COVID-19”a qarşı peyvəndi olan “CoronaVac” Çində eksperimental qaydada istifadə olunan 3 vaksindən biridir. Peyvəndin hazırda İndoneziya, Türkiyə, Braziliya və Çilidə eksperimental tətbiqi həyata keçirilir. Türkiyə COVID-19-a qarşı 50 milyon doza peyvənd alınması üçün şirkətlə müqavilə imzalayıb.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz