/ / Rusiya Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə ilə ortaq hərəkət edəcəyini təsdiqləyib

Rusiya Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə ilə ortaq hərəkət edəcəyini təsdiqləyib

441 Baxış


Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir: “Danışıqlardan sonra Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə ortaq mərkəzin yaradılması haqqında memorandum imzalanıb. Mərkəz vizual müşahidə, pilotsuz uçuş aparatları vasitəsilə pozuntuları qeydə almalıdır və digər mənbələrdən alınan məlumatları qiymətləndirməlidir. Beləliklə, mərkəz əldə edilmiş razılaşmaların pozulması ilə bağlı şikayət, sual və ya problemlə məşğul olan orqana çevriləcək.

Şuşa və Xankəndi şəhərlərində Azərbaycanın mobil şəbəkəsi fəaliyyət göstərməyə başlayıb. Bu barədə “İzvestiya” nəşri xəbər verib. Məlumata görə, qoşulma “Qelebebizimdir” adını alıb.

Nəhayət ki, günlər sonra Nikol Paşinyan üzə çıxıb. Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanla görüşüb. “Sputnik Ermənistan”nın yaydığı məlumata görə, görüşdə Ermənistanın məğlubiyyətindən sonra ölkədəki vəziyyət müzakirə edilib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz