4 əsr sonra Gəncədən açılan qapı - Gəncə Daşların yaddaşı
Nurlana Abdullayeva
24-07-2020 12:21
502 Baxış
Gəncə Uğurlu Xan və Şah Abbas Karvansaralarına səyahətimiz başlayır. Tarixi mənbələrə görə binanın inşasına Səfəvi hökmdarı I Şah Abbasın göstərişi ilə 1606-cı ildə başlanıb. “Şah Abbas” karvansarayı 1663-1664-cü illərdə Gəncə bəylərbəyi olmuş Murtuza Qulu xan Ziyad oğlunun qardaşı oğlu Uğurlu xanın vəsaiti ilə inşa olunub. Tikintiyə tanınmış memar Şeyx Bahəddin Məhəmməd Amili rəhbərlik edib. Karvansaray dövrünün əzəmətli tikililərindən olduğu üçün o vaxt Uğurlu xan ona Şah Abbasın adını verib.