/ / Gəncədə şagirdlərin virtual dərslərdə iştirak faizi qənaətbəxşdir

Gəncədə şagirdlərin virtual dərslərdə iştirak faizi qənaətbəxşdir

455 Baxış



Gəncədə şagirdlərin 85 faizi onlayn dərslərdə iştirak edir. Bu barədə Gəncə Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Raminə Məmmədova bildirib. O qeyd edib ki, bu ilin mart ayından etibarən, pandemiya səbəbindən ümumtəhsil məktəblərində əyani tədris dayandırılaraq Təhsil nazirliyi tərəfindən teledərslərə keçilib. İnternetə çıxışı olmayan müəllim və şagirdlər nəzərə alınaraq müəyyənləşdirilən teledərslər Azərbaycan və rus bölmələri olmaqla bütün sinifləri əhatə edir. Məlumat üçün bildirək ki, teledərslər bu gün də davam etdirilir. Noyabrın 2 dən isə ölkədə distant təhsilə keçid başlanıb və bununla da ənənəvi təhsilin virtual platformada tətbiqinə start verilib. Gəncə şəhəri üzrə ümumtəhsil məktəblərində çalışan müəllimlərin 90 faizi virtual məktəb platformasında qeydiyyatdan keçib və onların 85 faizi onlayn platforma üzərindən dərsləri həyata keçirir. İnternet və digər məsələlərlə bağlı problem yaşayan müəllimlər isə "Zoom" və digər onlayn platformalardan istifadə etməklə dərslərin keçirilməsini təmin edir. Şagirdlərə gəldikdə isə onların 85 faizindən çoxu virtual təhsil platformasında qeydiyyatdan keçib. Bəzi istisnalar nəzərə alınmaqla qeydiyyatdan keçən bütün şagirdlərin onlayn dərslərə qatıldığını deyən Raminə Məmmədova, tədris olunan hər bir dərsə Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən ciddi nəzarət olunduğunu diqqətə çatdırıb.
Şagirdlərin onlayn dərslərə qatılma faizini qənaətbəxş hesab edən həmsöhbətimiz, bu istiqamətdə valideynlərin də məsuliyyətli davranmağının vacibliyini vurğulayıb. Qeyd edək ki, 10 dəqiqə ara fasiləsi olmaqla virtual dərslər hər fənn üzrə 30 dəqiqə təşkil edilir.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz