/ / Ödənişsiz dil kurslarına onlayn qatılmaq imkanı yaradılıb

Ödənişsiz dil kurslarına onlayn qatılmaq imkanı yaradılıb

522 Baxış



Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə yaradılan ödənişiz xarici dil kursları yeni dərs ilinə start verib. YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin nəzdində fəaliyyət göstərən Təlim və Resurs Mərkəzində aparılan kurslar 5 ildən artıqdır ki, xarici dil öyrənmək istəyənlərin xidmətindədir. Dərslər rus və ingilis dilləri üzrə aparılır. Xarici dil bilikləri baxımından möhkəm söz bazasına, qrammatika, danışıq, dinləmə, eşitmə və yazı qabiliyyətinə yiyələnmək istəyən hər bir gənc bu fürsətdən yararlana bilər. Təcrübəli müəllimlər tərəfindən tədris olunan ödənişsiz dərslərə qatılmaq istəyən tələbə və gənclər ekranda göstərilən elektron poçt ünvanı və əlaqə nömrəsilə qeydiyyatdan keçə bilərlər. Pandemiya ilə əlaqədar dərslər həftədə 3 dəfə olmaqla “Zoom” proqramı vasitəsi ilə onlayn keçirilir. Kursu uğurla bitirən tələbələrə sertifikat verilir.
genceyapgb@gmail.com
+994552417611

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz