/ / Azərbaycanda tibbi maskaya olan tələbat yerli istehsalla ödənilir

Azərbaycanda tibbi maskaya olan tələbat yerli istehsalla ödənilir

410 Baxış



Bütün dünyanı təşvişdə saxlayan Covid-19 pandemiyası ilə mübarizə tədbirləri hər keçən gün artırılsada lakin bəlanı tam dəf etmək hələlik mümkün deyil. Müxtəlif ölkələr tərəfindən hazırlanan vaksinlərə belə pandemiyaya qarşı 100 faizlik qorunmaya təminat vermir. Lakin mübarizə tədbirlərinin 3 əsas şərti var ki, bunlar sosial məsafə, gündəlik gigiyenik normalara əməl etmək və qoruyucu tibbi maskalardan istifadə. Azərbaycanda, vətəndaşların qoruyucu vasitələrlə tam təmin olunması nəzərə alınaraq, pandemiyanın ilk günlərindən etibarən, ölkədə tibbi maskaların istehsalına başlanılıb. Bu günədək ölkəmizdə 38,6 milyondan çox tibbi maska istehsal edilib. Hazırda satış müəsisələrinin depolaraında 4 milyondan çox tibbi maskanın olduğu bildirilir. Buda əhalinin tibbi maskaya olan tələbatının ödənilməsi deməkdir. Məlumat üçün bildirək ki, ölkədə tibbi maska istehsalı başlayana qədər, xaricdən Azərbaycana 26,7milyon ABŞ dolları dəyərində tibbi maskalar və respirator vasitələr gətirilib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz