/ / Pandemiya ilə mübarizədə müsbət dinamika

Pandemiya ilə mübarizədə müsbət dinamika

448 Baxış



Yanvarın 25-dən etibarən koronavirus pandemiyası ilə əlaqədar, sərtləşdirilmiş karantin rejimi zamanı bağlı qalan bəzi xidmət sahələrinin yenidən fəaliyyətinə icazə verilib. Söhbət bərbərxanalar, gözəllik salonları, kosmetik vasitəlrin satışı, muzey və sərgi salonlarından gedir. Operativ Qərərgah sözügedən fəaliyyət sahələrinin yanvarın 25-dən vətəndaşlara yerində xidmət göstərməsinə icazə verib. Fəaliyyətinə icazə verilən sahələrdən ən çox gözlənilənlərdən biridə elə bərbərxanalar və gözəllik salonları olub. Sözsüz ki, bağlı qalan hər bir sahənin açılmasına ehtiyac var. Lakin bunun üçün, vətəndaşlar tətbiq olunan karantin qaydalarına tam əməl etməlidirlər. Belə ki, karantin qaydalarına ciddi əməl olunması, yoluxmaların azalmasına gətirib çıxarıb. Bu da öz növbəsində sərt karantin qaydalarının yumşaldılmasına zəmin yaradır. Demək, normal həyata qayıtmağımız üçün məsuliyyətli davranmağımız əsas şərtdi.Qeyd edək ki, bütün dünyada olduğu kimi artıq Azərbaycanda da COVİD-19 pandemiyasına qarşı vaksinasiyaya başlanılıb. Bu məqsədlə ölkəyə Çin istehsalı olan Sinovac vaksini gətirilib. İlkin olaraq tibb işçiləri və risk qrupuna daxil olan vətəndaşlar vaksinasiyaya cəlb olunub. Bu proses başa çatdıqdan sonra hər bir vətəndaş könüllü olaraq peyvənd oluna bilər.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz