/ / Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

410 Baxış



Əvvəlcə rəsmilər şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər. Anım mərasimi iştirakçıları monitor vasitəsilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa müraciətini dinləyiblər.
Anım mərasimində Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin və Gürcüstanın Gəncədəki Baş Konsulları Zeki Öztürk, Nikolos İaşvili, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin uyuduğu Xiyabanda davam edib.
Mərasimdə çıxış edənlər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla hər kəsin qürür duyduğu, müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd ediblər.
Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Din xadimi tərəfindən 44 günlük Vətən müharibəsi zamanı şəhid olanların ruhuna dualar oxunub.
Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə saat 12:00-da səs siqnalları verilib.
Gəncə Dövlət Dram Teatrı kollektivinin təqddimatında Vətən müharibəsi qazisi Həsən Cəfərovun “Millətəm” pyesi əsasında “ŞUŞA, SƏN AZADSAN!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Daha sonra rəsmilər Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilən terror hadisələrinin baş verdiyi ərazilərdə olublar.Burada həmin gecə dünyasını dəyişən mülki şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq gül dəstələri düzülüb.
Bununla yanaşı, 44 günlük Vətən müharibəsi zamanı canlarından keçən şəhidlərimizin əziz xatirsinə Heydər Əliyev adına Park Kopmleksində ağacəkmə aksiyası baş tutub. Ağacəkmə aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, millət vəkilləri, o cümlədən şəhər ictimaiyyəti iştirak ediblər. Aksiya çərçivəsində şəhərin iqlim şəraitinə uyğun olan 300-dən çox Eldar şamı və çinar ağacı əkilib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz