/ / Təlimin iştirakçıları erməni vəhşiliyinin Gəncə izləri ilə tanış olublar

Təlimin iştirakçıları erməni vəhşiliyinin Gəncə izləri ilə tanış olublar

462 Baxış



Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı tərəfindən “ Sosial Şəbəkələr və Müasir Çağırışlar” mövzusunda təşkil olunan təlimin iştirakçıları, 44 günlük Vətən savaşında, ermənistanın hərbi cinayət törədərək, Gəncəni ballistik raketlərlə atəşə tutması nəticəsində dağıdılan ərazilərində olublar. Erməni vandallığına şahidlik edən iştirakçılar, düşmənin nə qədər amansız və qəddar olduğunu öz gözləri ilə görüblər. Terror aktı nəticəsində 1 körpə 5-i qadın, 1-uşaq olmaqla 30-a yaxın din sakinin həlak olduğu bildirilib. Qısa ziyarətdən sonra iştirakçılar Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşüblər. Onların kədərlərini bölüşən layihə iştirakçıları torpaqlarımızın azadlığı uğrunda şəhid olan hər bir vətəndaşın daim ehtiramla yad ediləcəyini ifadə ediblər. İştirakçılar son olaraq Gəncənin Şəhidlər xiyabanını ziyarət ediblər.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz