/ / Gəncədə “Nizami Gəncəvi və davamlı inkişaf” beynəlxalq konfransı işə başlayıb

Gəncədə “Nizami Gəncəvi və davamlı inkişaf” beynəlxalq konfransı işə başlayıb

395 Baxış



İqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların beynəlxalq elmi konfransı Gəncədə öz işinə başlayıb. “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusuna həsr olunan konfransın iştirakçıları əvvəlcə dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. İştirakçılar daha sonra Gəncənin Şəhidlər Xiyabanına gələrək Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidləri ziyarət edərək, ehtiram nümayiş etdiriblər. Bundan sonra rəsmilər konfransın keçiriləcəyi Heydər Əliyev mərkəzinə gəliblər. Burada, ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən konfrans iştirakçıları, sonra mərkəzin fəaliyyəti ilə tanış olublar. Məlumat üçün bildirək ki, "Nizami Gəncəvi İli” çərçivəsində keçirilən, “Nizami Gəncəvi və davamlı inkişaf” beynəlxalq konfransına 34 ölkədən 700-ə yaxın iştirakçı qatılıb. 66 bölmədə 444 və 16 “Workshop”da 65 məruzə dinləniləcək, ölkəmiz üçün xüsusi aktuallıq kəsb edən ciddi məsələlər müzakirə ediləcək. İqtisadiyyat naziri Mikayıl Cabbarov tədbirə onlayn şəkildə qatılıb. Beynəlxalq konfransda, həmçinin təhsil naziri Emin Əmrullayev, Gəncə şəhər rəhbərliyi, millət vəkilləri və bir sıra ali məktəblərin rektorları iştirak edirlər. Konfransa iyunun 7-də yekun vurulacaq

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz