/ / YAP Gəncə şəhər təşkilatında Ulu Öndərin anım gününə həsr olunan videokonfrans keçirilib

YAP Gəncə şəhər təşkilatında Ulu Öndərin anım gününə həsr olunan videokonfrans keçirilib

554 Baxış



Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan onlayn konfrans keçirib. Konfransı giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev müasir Azərbaycanın dövlətinin qurucusu və memarı Heydər Əliyevin dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycanın müstəqil dövlət kimi güclənməsi və inkişafı naminə gördüyü böyük işlərdən danışıb. Bu gün keçiriıən anım tədbinin xüsusi əhəmiyyət daşıdığını qeyd edən millət vəkili, onun layiqli davamçısı Prezident İlham Əliyevin Ali Baş Komandan kimi Ulu Öndərin vəsiyyətini yerinə yetirərək işğal altında olan torpaqlarımızı azad etməsini Ümummilli Liderin ruhuna ən böyük hədiyyə olduğunu qeyd edib. Anım konfransına qoşulan millət vəkilləri, tarixçilər, professorlar eləcə də mədəniyyət və incəsənət nümayəndələri çıxış edərək, bu gün Azərbaycanın müstəqil dövlət kimi əldə etdiyi bütün uğurların təməlində məhz Ulu Öndərin uzaqgörən siyasətinin dayandığını və bu siyasətin onun layiqli davamçısı tərəfində yüksək peşəkarlıqla icra olunduğunu qeyd ediblər. Videokonfransda oda qeyd olunub ki, Ulu Öndərin bizə miras qoyduğu bu uğurların gələcək nəsillərə ötürülməsi hər bir Azərbaycan vətəndaşının müqəddəs borcuna çevrilməlidir.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz