/ / Gəncədə dahi şair Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib

Gəncədə dahi şair Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib

497 Baxış



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən bu il ölkədə dahi şair, böyük mütəffəkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “Nizami ili” elan olunub. Bu münasibətlə Gəncədə ümumşəhər tədbiri keçirilib.
Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev meydanında baş tutub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş Konsulu Nikolos İaşvili, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə qonaqlar Nizami Gəncəvi yaradıcılığına həsr olunan sərgiyə baxış keçiriblər. Sərgidə sənət əsərləri nümayiş etdirilib.
Rəsmi açılış hissəsində “Nizami ili“ çərçivəsində baş tutan tədbirin torpaqları işğaldan azad olunmuş qalib ölkədə qeyd olunmasının ikiqat sevincə səbəb olduğu xüsusi vuruğulanıb. Vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Nizami Gəncəvi yaradıcılığına nəzər salınıb.
Sonda Gəncə Dölət Filarmoniyasının Xalq Çalğı Alətlərinin ifasında konset proqramı nümayiş olunub.

Gəncədə dahi şair Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib

Gəncədə dahi şair Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib

Gəncədə dahi şair Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib

Gəncədə dahi şair Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib

Gəncədə dahi şair Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib

Gəncədə dahi şair Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib

Gəncədə dahi şair Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib

Gəncədə dahi şair Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz