/ / Gəncədəki abidələr gənclərə təbliğ olunub

Gəncədəki abidələr gənclərə təbliğ olunub

463 Baxış



Gəncə şəhər Gənclər və İdman Baş idarəsi, 18 aprel beynəlxalq abidələr günü ilə əlaqədar, gənclərin Nizami məqbərəsinə ekskursiyasını təşkil edib. Məqsəd dünya şöhrətli dahi şairin məqbərəsini, eləcədə məqbərə ətrafı ərazidə şeyx Nizaminin xəmsəsinə həsr olunan heykəltəraşlıq kompazisiyalarını, gənclərə nümayiş etdirmək olub. Gəzinti ilk olaraq dahi şairin məzarını ziyarətlə başlayıb. Daha sonra xüsusi memarlıq üslubunda tikilən məqbərə və ölməz şairin yaratdığı əsərləri tərənnüm edən tuncdan abidələrlə bağlı gənclərə geniş məlumat verilib.

Bu kimi tədbirlərin mütəma xarakter alacağı qeyd olunub. Məlumat üçün bildirək ki, 2021-ci il Prezident İlham Əliyev tərəfindən ölkədə Nizami ili elan edilib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz