/ / Kəpəz dağ silsiləsində Nizami Gəncəvi zirvəsi təsis olunub

Kəpəz dağ silsiləsində Nizami Gəncəvi zirvəsi təsis olunub

69 Baxış



YAP Gəncə şəhər Təşkilatının dəstəyi, Kəpəz Dağçılıq Kulubunun və Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin təşkilatçılığı ilə Kəpəz dağ silsiləsinə yürüş təşkil olunub. Məqsəd, 2021-ci ilin Nizami Gəncəvi ili elan edilməsi ilə əlaqədar, dahi şairin adını əbədiləşdirmək və bunun üçün Kəpəz dağ silsiləsində yerləşən adsız yüksəkliklərdən birinin Nizami Gəncəvi zirvəsi kimi təsis edilməsi olub.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin xüsusi icazəsi əsasında reallaşan yürüş, Kəpəz Dağçılıq Kulubunun peşəkər alpinistlərinin rəhbərliyi ilə həyata keçirilib. 4 qrupdan ibarət olan yürüşdə, peşəkar alpinistlərlə yanaşı Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri millət vəkili Naqif Həmzəyev və təşkilatın aktiv üzvləri, Gəncə şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları da iştirak ediblər.

Səhər saatlarından start götürən yürüş, müəyyən məsafəyə qədər avtomobillərlə qət olunub. Daha sonra qruplar, zirvəyə qədər olan məsafəni piyada qət ediblər.

Yeni təsis olunan Nizami Gəncəvi zirvəsi, Nizami ilində və ondan sonra da, çox sayda insanın ziyarət etmək istədiyi zirvələr sırasında dayanacaq.

Kəpəz dağ silsiləsində Nizami Gəncəvi zirvəsi təsis olunub
Kəpəz dağ silsiləsində Nizami Gəncəvi zirvəsi təsis olunub

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz