/ / Gəncədə Ümummilli Lider Heydər Əliyevin 98- illiyinə həsr olunan stolüstü tenis yarışı keçirilib

Gəncədə Ümummilli Lider Heydər Əliyevin 98- illiyinə həsr olunan stolüstü tenis yarışı keçirilib

396 Baxış

Gəncədə Ümummilli Lider Heydər Əliyevin 98- illiyinə həsr olunan stolüstü tenis yarışı keçirilib

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının təşəbbüsü ilə Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas məktəbləri arasında, Ümummilli Lider Heydər Əliyevin 98- illiyinə həsr olunan stolüstü tenis yarışı təşkil olunub. Yarışda Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnalogiya Universiteti, Gəncə Regional Kolleci, və Gəncə Tibb Kollecini təmsil edən komandlar iştirak edib. Gərgin keçən mübarizənin qalibi Gəncə Dövlət Universitetinin komandası olub. Azərbaycan Texnalogiya Universitetinin komandası isə yarışın ikincisi olub. Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Ümummilli Lider Heydər Əliyevin 98- illiyi ilə əlaqədar Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas məktəbləri arasında müxtəlif idman və bilik yarışları təşkil edir. Bu günə qədər keçirilən 3 yarışın hər birindən Gəncə Dövlət Universitetinin komandası qalib ayrılıb.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz