Cənnətdəki ilk ad günün mübarək Musatafayev İsmayıl!
ganjatv
23-09-2021 16:19
342 Baxış
Mustafayev İsmayıl Elmar oğlu 22 sentyabr 1996-cı ildə Gəncə şəhərində anadan olub.
O, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğal altında olan torpaqlarımızın azadlığı uğrunda igidlik və şücaət göstərərək vuruşub.
Füzuli və Cəbrayıl rayonları, Şuşa və Xankəndi şəhərləri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. 8 noyabr 2020-ci ildə Xankəndi ərazisində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.
Yaşasaydı bugün 25 yaşı tamam olacaqdı.
Bugün şəhidin doğmaları,döyüş yoldaşları,dostları ilə birgə YAP Gəncə Şəhər Təşkilatının üzvüləridə Mustafayev İsmayılın qəbrini ziyarət edib,məzarına əklillər,tər qərənfillər düzdü.
Qeyd edək ki,ölümündən sonra Mustafayev İsmayıl Elmar oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” , “Cəsur döyüşçü” , “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.