/ / Cənnətdəki ilk ad günün mübarək Ayxan Musayev!

Cənnətdəki ilk ad günün mübarək Ayxan Musayev!

609 Baxış



Musayev Ayxan Mehman oğlu 22 sentyabr 2000-ci ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra Gəncə şəhər 1 saylı peşə məktəbində təhsilini davam etdirib.Təhsil aldığı məktəbdə, eləcə də hərbi xidməti dövründə hərkəsin sevimlisi, əsl dostu olub.
Vətənə olan sevgisi Ayxanı İkinci Qarabağ müharibəsinin fəal iştirakçısına çevirib.
O döyüşdə yaralanıb hərbi hospitalda müalicə alsada yarası qismən sağalan kimi könüllü olaraq ön xəttə yollanıb. Ayxan Musayev Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa rayonları uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. 8 noyabr 2020 - ci ildə Şuşa rayonu uğrunda gedən döyüşlərdə Ayxan qəhrəmanlıq göstərib. Lakin yenidən ağır yaralanaraq hospitala yerləşdirilib.
20 gün ağır koma vəziyyətində qalan Ayxan həkimlərin səyinə baxmayaraq 28 noyabr 2020 - ci ildə şəhidlik zirvəsinə ucalıb.
29 noyabr 2020-ci ildə böyük izdihamla şəhid Ayxan Musayev Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Yaşasaydı 21 yaşı tamam olacaqdı.
Bugün Vətən müharibəsi şəhidi Ayxan Musayevin xatirəsi əbədiləşdirilib. Belə ki, şəhidin yaşadığı evin qarşısında onun adı verilmiş bulaq istifadəyə verilib.
Açılış mərasimində çıxış edənlər şəhid Ayxan Musayevin şücaəti və keçdiyi döyüş yolundan danışdılar.
Sonda prezident İlham Əliyevin sərəncamına əsasən şəhid Musayev Ayxan Mehman oğluna ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı şəhidin anasına təqdim olundu.

Cənnətdəki ilk ad günün mübarək Ayxan Musayev!

Cənnətdəki ilk ad günün mübarək Ayxan Musayev!

Cənnətdəki ilk ad günün mübarək Ayxan Musayev!

Cənnətdəki ilk ad günün mübarək Ayxan Musayev!

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz