/ / Yağan qar kiminə əziyyət kiminə bərəkət gətirir

Yağan qar kiminə əziyyət kiminə bərəkət gətirir

486 Baxış



Ölkədə havaların qeyri-sabit keçməsi, xüsusəndə dağətəyi və dağlıq bölgələrə intensiv olaraq qarın yağması, bu ərazilərdə yaşanlara bəzi çətinliklər yaratsada, lakin kənd təsərrüfatı üçün xüsusəndə əkinçiliyə müsbət təsir edib. Mütəxəsislər bildirir ki, bu mövsümdə yağıntıların miqdarının çox olması torpağı canlandırır və taxılçılığa olduqca yaxşı təsir göstərir. Ölkənin əsas aqrar rayonlarından olan Göygöldə də bu il məhsuldarlığın yüksək olması gözlənilir. Rayonun əkinə yararlı torpaq sahələrinin çox hissəsi dəmiyyə əkildiyindən, yağan qarının, məhsuldarlığı artıracağını deməyə əsas verir. Bununla belə bəyaz örpəyin suvarılan ərazilərdəki əkinlərdə faydalı olacağı bildirilir.
Mütəxəsislər, qarın sahələrdə ziyanverici gəmiricilərən aktiv hərəkətini də neytirallaşdırdığını qeyd edirlər ki, bu da məhsuldarlığın yüksək olmasındakı əsas şərtlərdən hesab olunur. Şaxtalı havaların ziyanı isə erkən oyanan meyvə ağaclarınadır. Ərik və alça kimi tez çiçəkləyən meyvə ağaclarının şaxtavurma ehtimalı yüksəkdir.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz