/ / Ənənəvi tikinti materialına tələbat onların məşğulluğunu davamlı edir

Ənənəvi tikinti materialına tələbat onların məşğulluğunu davamlı edir

511 Baxış


Bura Göygölün Quşqara kəndidir. Gəncəni üzü Qazax istiqamətinə çıxan kimi yolun sağında yerləşən bu kəndin sakinlərinin məşğuliyyəti diqqət çəkir. Yanaşı evlərdə yaşayan təxminən 15-ən çox ailənin çörəyi qarğıdan çıxır. Böyükdən kiçiyə bütün ailə üzvləri səfərbər olur qarğı emalına.
Bütün həyətlərdəki manufakturanın əsas xammalı Kür çayının ətrafında yabanı halda bitən qarğıdır.
Təmizlənmiş qarğı xüsusi və olduqca sadə bir xanada daşlar və ip vasitəsilə, əl əməyi hesabına hörülür.
Qarğıdan evlərin tikintisində əsasən kənd yerlərində istifadə olunur. Hörülmüş qarğının üzərinə inşaat kağızı qoyulur və torpaqlanır. Beləcə evin tavanı hazır olur. 14 kvadratlıq qarğı çətəni hazırlamaq üçün 250 qarğı istifadə edilir.
Emalçılar deyirlər ki, müştəriləri ilin bütün fəsillərində var. Müasir inşaat materiallarından istifadə olunsa da, ənənəvi tikinti vasitələrinə hələ də tələbatın olması onların məşğuliyyətini davamlı edir.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz