/ / Dünyada Covid-19 pandemiyası ilə bağlı yeni antirekord

Dünyada Covid-19 pandemiyası ilə bağlı yeni antirekord

468 Baxış


Dünyada Covid-19 pandemiyası ilə bağlı yeni antirekord
Dünyada son həftə ərzində koronavirusa yoluxanların sayı 4 329 927 nəfər artıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək qeydə alınan ən yüksək göstəricidir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib. Son 7 gündə ölənlərin sayı isə 70 476 nəfər artıb. Həftəlik yoluxma üzrə daha əvvəlki antirekord 16-22 noyabr tarixləri aralığında qeydə alınmışdı. Xatırladaq ki, dünyada ümumilikdə 73 milyondan çox insan koronavirusa yoluxub, 1,6 milyondan çox insan bu virusdan dünyasını dəyişib.
Türkiyədə "Qarabağ Azərbaycandır!" sərgisi açılıb
Türkiyənin Bursa şəhərində "Anadolu" agentliyinin fotomüxbirlərinin şəkillərinin təqdim edildiyi "Qarabağ Azərbaycandır!" sərgisi açılıb. Sərgi 1 həftə davam edəcək. Osmanqazi rayonu bələdiyyəsinin dəstəyi ilə “Demokratiya” meydanında açılan sərgi Azərbaycanın Dağlıq Qarabağın azad olması uğrunda döyüşlərindəki qələbələrinə həsr olunub. Sərgidə ümumilikdə 22 şəkil nümayiş olunur.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz