/ / Gəncə Avtomobil Zavodunun dünəni və bu günü

Gəncə Avtomobil Zavodunun dünəni və bu günü

557 Baxış


Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin təməli 1986-cı ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Sovet ittifaqının dağılması və ölkəmizin müstəqillik əldə etməsi zavodun işə düşməsini qismən ləngitsədə lakin 2004- cü ildə Gəncə Avtomobil Zavodu fəaliyyətə başlayır və əldə olunan razılıq əsasında rusiyanın oka, uaz markalı Çinin ÇanQan avtomobillərinin yığımı həyata keçirilir. Müstəqil dövlət kimi hər keçən gün daha da güclənən Azərbaycan, neft ölkəsi olsada lakin qeyri neft sektorunun inkişafınada diqqət kənarda qalmır və dövlət bu sahədə ciddi islahatlar həyata kecirməyə başlayır.Kənd təsərrüfatı, iri və xırda sahibkarlığın inkişafı eləcdə istehsalat sahələrinə göstərilən diqqət və qayğı öz bəhrəsini verməyə bilməzdi. Bunun bariz nümunələrindən biri isə bu gün var gücü ilə çalışan Gəncə avtomobil zavodudur.
Zavod bu gün olkədə kənd təsərrüfat texnikaları və ağır tonnajlı avtomobillərin yeganə istehsalçısıdır.Uğurlu fəaliyyətin nəticəsi olaraq bu gün zavodda rusiyanın nəhəng avtomobil şirkətlərindən olan URAL və KAMAZ, markasına aid ağır tonnajlı avtomobillərin eləcə də Finlandiyanın Sampo şirkətinin kombaynlarının yığımımnı həyata keçirir.Yerli bazarın tələbatını tam odəmək qabiliyyətinə malik olan zavodun, son illər istehsal etdiyi bir sıra texnika və avadanlıqlar xarici bazarlarda da tələb görür.
Yığımla yanaşı artıq zavodda bir sıra texnika və ehtiyyat hissələrinin istehsalıda həyata keçirilir. Ölkə prezidenti İlham Əliyevin 2016-cı ildə Gəncəyə səfəıri zamanı zavodun fəaliyyəti ilə yaxından tanış olub və yerli istehsalın artırılması istiqamətində göstərişlər verib.
Bu gunədək Gəncə Avtomobil Zavodu 8 modeldə11 mindən çox traktor, kaMaz, 3332 Maz 2891 Ural 411 markalı avtomobil və müxtəlif adda 5 minə yaxın kənd təsərrüfatı texnikası istehsal edib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz