/ / Əyani dərslər bərpa olunub

Əyani dərslər bərpa olunub

466 Baxış



Uzun sürən fasilədən sonra şagirdlər yenidən o, çox gözlədikləri parta arxasına əyləşiblər. Koronavirus pandemiyasının yaratdığı ciddi təhlükə bütün dünyada eləcə də ölkəmizdə sərt qaydaların tətbiqini qaçılmaz etmişldir. Bunlardan biridə ali və orta məktəblərdə əyani dərslərin dayandırılması idi. Lakin pandemiya ilə mübarizədə müsbət dinamikanın müşahidə olunması, yenidən bir çox sahələrin açılmasına imkan yaradıb. Fevralın 1-dən yəni bu gündən orta məktəblərdə ibtidai siniflər üzrə əyani təhsilə başlanılıb. Buna ən çox sevinənlər isə elə məktəblərindən ayrı qalan şagirdlər olub.
Şagirdlərin gündəlik sağlamlıqlarına isə ciddi nəzarət olunur. Məktəb girişində yoxlamadan keçirilən şagirdlər, siniflərdə də ara məsafəsi ilə əyləşdirilir.
Fevralın 1-nə kimi isə bütün məktəblərdə profilaktik məqsədlə geniş dezinfeksiya işləri aparılıb.
Qeyd edək ki, v-ıx sinif şagirdlərinin əyani təhsilə nə vaxt başlayacaqları isə qarşıdakı günlərdə məlum olacaq.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz