/ / Gəncənin məktəbləri fevralın 1-nə hazırdır

Gəncənin məktəbləri fevralın 1-nə hazırdır

455 Baxış



Koronavirus pandemiyası ilə əlaqədar ümumtəhsil məktəblərində əyani təhsildə yaranan fasilə Fevralın 1-dən başa çatır. Qeyd olunan tarixdən etibarən, ilkin olaraq ibtidai sinif şagirdləri həftədə 3 gün əyani təhsil alacaqlar. Bunun üçün ölkə üzrə bütün məktəblərdə hazırlıq işləri həyata keçirilir. Proses Gəncənin 45 ümumtəhsil məktəblərində də aparılır. Şagirdlərin sağlamlığı nəzərə alınaraq hər bir məktəbdə pandemiya ilə mübarizədə profilaktik tədbirlər görülür.Fevralın 1-nə kimi görüləcək, qabaqlayıcı tədbirlər sırasında məktəblərin dezinfeksiya işləridə yer alır. Bütün təhsil müəsisələrində bu müddətə qədər geniş şəkildə dezinfeksiya aparılacaq.Qeyd edək ki, 5-ci 11-ci siniflərin əyani təhsilə cəlb olunmaları isə qarşıdakı günlərdə məlum olacaq

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz