Gəncədə daha bir xəstətəxana yenidən qurulub
Nurlana Abdullayeva
03-09-2020 15:55
790 Baxış
Azərbaycanda bir çox sahələr kimi səhiyyə xidmətinin inkişafıda dövlətin əsas prioritetlərindəndir. Bu istiqamətdə davamlı olaraq yeni islahatlar həyata keçirilir və səhiyyə sisteminin maddi texniki bazasının gücləndirilməsi üçün ciddi addımlar atılır. Buna nümunə olaraq Gəncədə yeni istifadəyə verilən yeni 200 çarpayılıq Psixatriya Xəstəxanasını göstərmək olar. 5 mərtəbəli yeni xəstəxana təyinatı üzrə ən müasir tələblər səviyyəsində qurulub.
Xəstəxanada 4 şöbə fəaliyyət göstərir. Bunlarda 3-ü kişilər 1 şöbə isə qadınlar üçün nəzərdə tutulub. Hər bir şöbədə ağır xəstələr üçün xüsusi izolasiya otaqları, yeməkxana və istirahət yerləri yaradılıb.
Qeyd edək ki, Psixiatriya Xəstəxanası Gəncə ilə yanaşı ətraf şəhər və rayonlardan olan xəstələrin muayinə və müalicəsinidə həyata keçirir.