/ / “Gələcəyə Körpü” GİB-in sədri Beynəlxalq Gənclər Şəbəkəsinin idarə heyətinə seçilib

“Gələcəyə Körpü” GİB-in sədri Beynəlxalq Gənclər Şəbəkəsinin idarə heyətinə seçilib

467 Baxış

“Gələcəyə Körpü” GİB-in sədri Beynəlxalq Gənclər Şəbəkəsinin idarə heyətinə seçilib

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Hüseynxan Hacızadə təşkilatın 2003-cü ildən bəri üzvü olduğu “Gənclərin Mübadiləsi və Anlaşması” (Youth for Exchange and Understanding International) Beynəlxalq Şəbəkəsinin 2021-2023-cü illər üçün İdarə Heyətinə üzv olaraq seçilib.

26 İyun, 2021-ci il tarixində Şəbəkənin baş tutan onlayn Baş Assambleyasında 22 üzv təşkilatdan 40-yaxın nümayəndə iştirak edib. Tədbirdə Şəbəkənin ötən ilki fəaliyyəti, yaxın gələcək üçün planları və strategiyası nəzərdən keçirilib. Keçirilən səsvermədə seçilən 3 İdarə Heyəti üzvlüyündə “Gələcəyə Körpü” GİB-in sədri də yer alıb. Hüseynxan Hacızadə eyni zamanda 2019-cu ildə Gənclər üçün Prezident mükafatçısıdır.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin missiyası – Azərbaycanda fəal gənclərin iştirakını təmin etməklə, sağlam vətəndaş cəmiyyəti təsis etmək və gənclərin beynəlxalq səviyyədə ölkəmizi təmsil etməsinə yardım etməkdir.

Birliyin tam hüquqlu üzvü olduğu “Gənclərin Mübadiləsi və Anlaşması” (YEU) Şəbəkəsi 1986-cı ildə 11 fərqli ölkədən olan 120 nəfərlik gənclər qrupu tərəfindən Strasburqda təsis edilib. 1989-cu ildə Avropa Koordinasiya Bürosunun (E.C.B.) üzv dərnəyi olaraq tanınıb. Avropadakı beynəlxalq qeyri-hökumət gənclər təşkilatları üçün müstəqil platforma olan Avropa Gənclər Forumunun üzvüdür. Şəbəkə 28 ölkədən 36 üzv təşkilatı özündə birləşdirir.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz