/ / Youth İnc. Sahibkarlıq Proqramı yeni layihəyə start verib

Youth İnc. Sahibkarlıq Proqramı yeni layihəyə start verib

683 Baxış

Youth İnc. Sahibkarlıq  Proqramı çərçivəsində yeni ”from Start to Smart” layihəsinin açılışı olub.Onlayn həyata keçirilən açılışda çıxış edən Youth İnc. Sahibkarlıq  Proqramının meneceri Talifa İsgəndərli layihə haqqında iştirakçılara geniş məlumat verib. Qeyd edib ki, Youth İnc. Sahibkarlıq  Proqramı 2013-cü ildən uğurla həyata keçirilən uzunmüddətli gənclər proqramıdır. Proqramın əsas məqsədi ölkədə Gənc Sahibkarlıq anlayışının inkişafı, gənclərə öz biznesini yaratmaqda dəstək verməkdən və bunun üçün effektiv platforma yaratmaqdan ibarətdir.

Yeni start götürən ”from Start to Smart” layihəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında, Aqrar Kredit və İnkişaf Agentliyinin tərəfdaşlığı, New World proqramı və Coca-Cola Fondunun maliyyə dəstəyi ilə icra olunacaq. ”from Start to Smart” layihəsi gənclər arasında sahibkarlığın inkişafına və bu istiqamətdə startaplara yönəlməklə yanaşı, həm də su problemləri və onların innovativ həllini nəzərdə tutur.

Ölkədəki mövcud su ehtiyyatlarının düzgün idarə olunması və bütün regionlar üzrə su problemlərinin innovativ həllinə yönələn layihə yeni iş imkanları yaradacaq. Layihə ilə bağlı geniş məlumatdan sonra, açlışında iştirak edən rəsmilər çıxışlar edərək həyata keçiriləcək layihəyə dair  öz fikirlərini bölüşüblər.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz