/ / İnformasiya müharibəsinin əsgərləri və silahları

İnformasiya müharibəsinin əsgərləri və silahları

582 Baxış



#KarabakhisAzerbaijan #PrayForGanja #StopArmenianAgression
Azərbaycan Ordusunun sistemli, plan əsasında qurulan, şahmatdakı kimi bir neçə gediş öncədən düşünülərək hazırlanan döyüş taktikaları, eyni zamanda birliyimiz müharibənin ölkəmizin qələbəsilə yekunlaşmasına gətirib çıxardı. Ordumuz döyüş meydanında düşmənə sarsıdəcə zərbələr endirdiyi kimi, arxa cəbhədə də fəal gənclərimiz informasiya müharibəsində üstünlük qazandılar.
Müharibənin gedişatında əksəriyyəti tələbə olan gənclər #KarabakhisAzerbaijan, #PrayForGanja, #StopArmeniaAgression, #StopArmenianTerrorism", #DontBelieveArmenia kimi həştəqlər hazırladılar.
Ermənistan Baş nazirinin “QarabağErmənistandır, nöqtə” bəyanatının həqiqi qarşılığı olaraq, Prezident İlham Əliyevin Valday Beynəlxalq diskussiya klubunda “Qarabağ Azərbaycandır və Nida” şüarını səsləndirməsi, düşmən ölkəyə ən tutatlı cavab oldu və biz döyüş meydanında bir daha sübut etdik ki, Qarabağ kimə məxsusdur. #KarabakhisAzerbaijan həştəqi müharibənin şüarı oldu.
Erməni silahlı qüvvələrinin Gəncə şəhərinə endirdiyi ballistik raketlər nəticəsində mülki əhali arasında ölənlər və yaralananlar oldu. Dünya mətbuatında məsələyə bəzi məqamlarda qərəzli münasibət bildirildiyi üçün beynəlxalq ictimaiyyətə ermənilərin bu terrorizm əməlləri çatdırımalı idi ki, #PrayForGanja həştəqi qısa zamanda tvitterdə trendə çevrildi. Bununla bağlı 2 milyona yaxın istifadəçi tərəfindən tvit atıldı. #DontBelieveArmenia həştəqi də ən çox istifadə olunan həştəq kimi trendə düşdü. Bu işdə fəal gənclərin rolu danılmazdır. Həmin gənclər ermənilərin süni həqiqətlərini ifşa edib əsl Qarabağ həqiqətlərini və erməni vandallığını dünyaya çatdırdılar.
Bərdədə və digər rayonlarımızda ermənilərin öz xislətlərinə uyğun terrorçu hərəkətlərinə “dur” demək üçün #StopArmeniaAgression, #StopArmenianTerrorism, #StopArmenianOccupation həştəqləri yaradıldı və dünya ictimaiyyəti Azərbaycan reallığını görmüş oldu. Universitet tələbələri, gənclər “biz birlikdə güclüyük” deyib tarixi faktlara, günümüzün reallığına əsaslanaraq müxtəlif dillərdə mətnlər hazırladı və onları seçdikləri həştəqlərlə sosial şəbəkələrdə, xüsusilə də tvitterdə yayımladılar. İnformasiya müharibəsində öz missiyalarını uğurla yerinə yetirdilər. Erməni təxribatçıları tərəfindən sosial şəbəkələrdə hücumlara məruz qalsalar da, səhifələri bloklansa da, bağlansa da, dayanmadılar, davam etdilər.
Bakı Mühəndislik Universiteti, ADA Universiteti, Bakı Dövlət Universiteti və Xəzər Universitetinin tələbələri bu sahədə xüsusi aktivlik nümayiş etdirdilər. Yeni Azərbaycan Partiyas Gəncə şəhər təşkilatı Gənclər Birliyinin fəal gəncləri də infirmasoua müharibəısiə öz tğöhfəlrini vedilər. Nəticə etibarilə qalib xalq olmaqdan qürur duyuruq.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz